`Rahat`da bu nə RAHATÇILIQDIR: Elə bil GESTAPO rejimidir... - NARAZILIQ VAR!
     

 
"05.09.2023 tarixində alış-veriş üçün Rahat market Nərimanov filialına daxil olmuşdum. İçəridən gələn qışqırma səsinə doğru irəlilədim və gördüm ki, ağ köynəkli bir şəxs firma işçisinin üstünə hamının içində qışqırır. “Bu vitrini belə yığmırlar, qələt edib sənə bunu öyrədən” və s. Ətrafda bir neçə marketin əməkdaşı və 10-15 müştəri dayanıb yaranmış problemin həll olunmasına baxırdıq". DİA.AZ bildirir ki, bu barədə "Müştəriyəm Şikayətçiyəm" sosial qrupundakı paylaşımında Rəna Babayeva adlı istifadəçi giley edir.

b_400_300_16777215_00_https___yenisoz.az_uploads_posts_2023-09_medium_1694410006_1694409591_01.jpg

Narazı vətəndaş daha sonra yazır: "Şəxsin kim olduğunu soruşdum mağaza rəhbəridi dedilər. Şikayət etmək üçün adını soruşdum demədilər. “Rəhbər” dedikləri şəxsə yaxınlaşıb adını soruşdum. “Narahat etdik?” Sualını verdi. “Mağazada hamını narahat etdiz. Bir işçi ilə belə tərzdə danışmağa haqqınız yoxdu” dedim. “Firma işçisidir, sən işinlə məşğul ol” deyərək həddimi bildirib getdi. Digər ağ köynəkli şəxsə yaxınlaşıb rəhbərin adını soruşdum, nə öz adını, nə də rəhbərin adını təqdim etmədi. Şikayət edəcəm dedim və kassaya aldıqlarımın ödənişini etmək üçün yönəldim. 2-ci şəxs arxamca qaçaraq gəlib kassirlərə heç kim ad verməsin deyə qışqırdı. Mənə isə “çıx bayıra” dedi. Orada mübahisə yarandı artıq səsimi qaldırdım. Bütün kassirlər və müştərilər həmin gün mağazada olanlara şahiddirlər. Yerindəcə Rahat marketin qaynar xəttinə zəng edib şikayətimi bildirdim və geri dönüş gözlədiyimi bilirdilər. Artıq bir neçə gündür ki, cavab yoxdur deyə şikayətimi buradan edirəm.
Adlarını belə söyləməyə qorxaq, işçi və müştəri ilə danışıqda mədəniyyətsiz və ən əsası Novruz kimi rəhbəri olan(adını sonradan başqa mənbədən öyrəndim), digər şəxs kimi tərbiyəsiz işçisi olan bir mağazadan alış-veriş etmək nə dərəcədə doğrudur?!
Arzum budur ki, həmin şəxslərin ailə üzvlərinə və yaxınlarına iş yerlərində və getdikləri yerde beləcə davranış göstərərlər.
Ümid edirəm ki, həmin şəxslər haqqında lazımı tədbiri görərlər".

İddia olunanlarla bağlı  olaraq qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq... 

Bölmənin digər xəbərləri

10 May 2025 "Mənim kimi neçə ailənin çörəyini kəsiblər..." - NARAZILIQ VAR...
10 May 2025 Məktəb direktorunun səs yazısı yayıldı – Araşdırma başladı (Video)
10 May 2025 "Belə pis cıxmasın, hara gedib o pullar?" - JURNALİST BAŞÇIDAN SORUŞUR...
09 May 2025 Dələduzla hakim arasında nə kimi əlaqə var? - ŞİKAYƏT
09 May 2025 20 manatlıq şirkət necə milyonluq tenderin qalibi olur: İcbari Tibbi Sığortanın 3 "dostu" - İcazə verin şübhələnək...
09 May 2025 "Yeni Klinika" aylardır tibb işçilərinin bonus ÖDƏNİŞLƏRİNİ VERMİR
09 May 2025 ADY-də 'Kurtlar Vadisi': Rövşən Rüstəmovun işçiləri racon kəsir, haqq alır... - İTTİHAM VAR...
09 May 2025  AYNA indi də marketlərin qabağında BƏND alıb... - İstədiklərini edirlər...
08 May 2025 Təhsil siyasəti, yoxsa ticarəti ? - VİDEO
08 May 2025 Gülsüm Əliyeva həkim deyilmiş: Qanunsuz əməliyyat etdiyi "VMR" klinikası isə...
08 May 2025 Müğənni Vüsal Əliyev uşaqlıq dostundan aldığı borcu on ildir niyə qaytarmır? - İTTİHAM VAR..
08 May 2025 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xidmət rəisinin atası və onun məşhur lombardı cərimələndi
08 May 2025 Daha bir başçının adı QALMAQALDA... - HƏBS OLUNUR?
08 May 2025 Biləcəridə Bələdiyyə binasında şikayətçiləri qovdular- Video
08 May 2025 «Gold Residense» MMC XALQLA ÜZ-ÜZƏ... - "Ümidimiz Prezidentdir..."
08 May 2025 DÖVLƏT İMTAHAN MƏRKƏZİNDƏ NƏLƏR BAŞ VERİR? - Təhsil eksperti elə ittihamlar səsləndirir ki...
08 May 2025 Kanalizasiya suları içində itib-batan Sulutəpə... - VİDEO
07 May 2025 Gömrük Komitəsi ilə bağlı ŞOK İDDİA: 97 min “borc” QALMAQALI? - DETALLAR
07 May 2025 Ağdamda direktor şagirdi dərsə buraxmır - direktorun yalanını ifşa etdiyinə görə
07 May 2025 Anar Quliyev axı hansı keyfiyyətlərinə görə BU MƏNSƏBDƏDİR?.. - Hələ nazir olacağı da deyilir...

Dünyapress TV

Xəbər lenti